RAVENOL mühərrik yağları bizimlə etibarlı!

Vasitəçilərsiz və ticarət nişanlarsız

RAVENOL mühərrik yağları bizimlə etibarlı!

Vasitəçilərsiz və ticarət nişanlarsız

RAVENOL mühərrik yağları bizimlə etibarlı!

Vasitəçilərsiz və ticarət nişanlarsız

RAVENOL mühərrik yağları bizimlə etibarlı!

Vasitəçilərsiz və ticarət nişanlarsız

RAVENOL mühərrik yağları bizimlə etibarlı!

Vasitəçilərsiz və ticarət nişanlarsız

HAQQIMIZDA

Ravenol özünü çoxdan azərbaycan bazarında doğruldub. Almaniyadan olan müstəqil şirkət olaraq uğurla bazarın nəhəngləri ilə rəqabət aparır, hər il satış şəbəkəsini inkişaf etdirir, istehsalatını artırır, avtoidmanı dəstəkləyir və yeni məhsullar üzərində işləyir. Bizim yağlarımızdan istifadə edən və bundan sonra digər yağlara keçməyən milli avtohəvəskarların sayı dayanmadan artır.

1. Tariximiz və Müstəqillik

RAVENOL zavodu Lamaniyada müharibədən sonra 1946 ildə tikilib, yanı istehsalçının 70-dən artıq yaşı var, və bu özü özlüyündə keyfiyyətin zəmanətidir. Bundan əlavə, RAVENOL zəngin tarixi və ənənələri olan müstəqil alman istehsalçısıdır. Bu halda müstəqil nə demək? Bu deməkdir ki, şirkət heç bir konsernə məxsus deyil, baxmayaraq ki uzun müddət 1991-dən 2003-dək, Fuchs alman konserninin tərkib hissəsi idi. Bu gün də belə RAVENOL Fuchs və çox sayda digər istehsalçılarla əməkdaşlıq edir, məsələn Shell, lakin tam müstəqil qalır.

Belə müstəqilliyin üstünlükləri nədir? Hər şey sadədir. Hər neft emal edən konsern öz müəyyən tipli baza yağlarını istehsal edir və müvafiq olaraq hazır məhsul olan yağların istehsalında onlardan istifadə edir. Lakin problem ondadır ki, baza yağları həmişə bazarda ən yaxşısı demək deyil. Bundan savayı iri konsernlər adətən aşqar istehsalçıları ilə əlaqəli olurlar. Misal üçün, aşqar paketləri istehsalçısı Oronite Chevron şirkətinə məxsusdur, Infineum aşqar istehsalçısı 1999-cu ildə ExxonMobil and Shell aşqar aktivlərinin birləşməsindən yaranıb. Bu o deməkdir ki, iri konsernlər konkret baza yağları və aşqar paketlərə bağlı müəyyən resepturalara bağlıdırlar. Bundan başqa iri konsern-rəqiblər öz rəqiblərinə “ana” xammala çıxışı məhdudlaşdırırlar.

RAVENOLun konsernlərdən asılı olmayan istehsalçı olmasının üstünlüklərindən azad bazarda mövcüd olan bütün aşqar və baza komponentlərə çıxışı var və bu ona öz məhsulları üçün ən yaxşı tərkibi seçməyə imkan verir.

2. Sürtkü materiallarının istehsalında konsentrasiya

İri konsernlər üçün yağlar istehsalı ümumi neft çıxarılması və emalı biznesinin 1 faizidir. RAVENOL üçün sürtkü materiallarının istehsalı əsas fəaliyyətdir. Bu isə o deməkdir ki RAVENOL şirkəti bütün biliklərini, resurslarını və təcrübəsini ancaq sürtkü materiallarının işlənməsinə və istehsalına yönəldir.
Adətən iri konsernlər böy həcmdə kütləvi məhsulların istehsalına yönəlir. RAVENOL şirkətində isə qərarlar verilməsi zənciri çox qısadır: yeni yağların işlənməsindən testinə və istehsalatda tətbiqinəcən çox az vaxt keçir. Bariz nümunə: RAVENOL dünyada birinci olaraq 0W-16 qatılığı olan RAVENOL EFE 0W-16 API SN yağı işləyib və bu yağa API amerika neft institutunun lisenziyasın əldə edib.

3. İstehsal yeri

Sürtkü materiallarının istehsalının bütün texnoloji prosesi Almaniyada bir zavodda keçirilir. Digər şirkətlər çox sayda zavodlara malikdir və azkeyfiyyətli xammal istifadə etdiyindən daha ucuz yağlar istehsal edirlər. RAVENOL Amerikada, Rusiyada, Çində satdığı sürtkü materialları Almaniya bazarı üçün nəzərdə tutulmuş yağlar kimi eyniylə həmin alman zavodunda istehsal olunur. Bu o deməkdir ki Mercedes, BMW və ya digər markarlı avtomobillərinin sahibləri RAVENOL sürtkü materiallarını dünyanın hansı nöqtəsində əldə etməsinə baxmayaraq həmişə eyni yüksək keyfiyyətli məhsul əldə edəcəklər.Bununla yanaşı Almaniya nəinki avtomobil istehsalı sahəsində aparıcı ölkədir, həmçinin avtomobil sənayəsi üçün komponentlərin layihələndirilməsində və istehsalında dünya lideridir.
RAVENOL şirkəti avtomobil zavodlarına malsatan qismində sertifikatlara malikdir, və IATF akkreditasiyası var (bu haqda daha ətraflı). Avtokomponentlər və avtomobil istehsalçıları ilə əməkdaşlır RAVENOL şirkətinə ən irəlidə gedən tələblərə cavab verən sürtkü materiallarını işləməyə imkan verir.

4. Dar ixtisaslaşma

RAVENOL anlayır ki kütləvi anbar məhsulları bazarında vertial inteqrasiya olunmuş iri neft şirkətləri ilə rəqabət aparmaq çox mürəkkəbdir, və bu səbəbdən müəyyən sahələrdə gücləndirilmiş ixtisaslaşma strateqiyasından istifadə edir. İlk növbədə RAVENOL avtoidman sahəsində ağır istismar şəraiti üçün nəzərdə tutulmuş və dördüncü (polyalphaolefin) və beşinci (ester POE, oil soluble polyglycol OSP və alkylated naphthalenes AN) qrup baza yağlarının əsasında istehsal olunan sürtkü materiallarının istehsalına yönümlüdür. Bazarda yayılmış anbar yağlarının əsas kütləsi birinci, ikinci və üçüncü qrup mineral baza yağlarının əsasında hazırlanır (sadə selektiv təmizləmədən mürəkkəb hidrokrekinq proselərinəcən).

Beləliklə üçüncü qrupa GTL (gas-to-liquid) təbii qazından alınan mayə baza yağlarına bənzər sürtkü materialları aiddir. RAVENOL tərəfindən polialfafaolefinlər əsasında və beçinci qrup baza komponentləri əlavə edilərək istehsal olunan sintetik sürtkü yağları birinci, ikinci və üçüncü qruplarnın yağlarından istismar xüsusiyyətlərinə görə üstündür. Bunların hamısı şirkətimizə avtoidman sahəsinin avtomobilləri və ağır şəraiti üçün sürtkü materiallarının istehsalına imkan verir.

5. Avtoidman

Sintetik yağlar sahəsində ixtisaslaşma RAVENOLa Almaniyada sürmə seriyaları və komandaları ilə əməkdaşlığda lider olmağa imkan verib. RAVENOL aşağıda sadalanan avtotəmsilçilərin sürtkü materiallarının eksklyuziv təchizatçısıdır (Opel Motorspot, Formel 3, GT Masters, GT4, Audi TT Cup, DTC Deursche Turing Car, Historische Formel Vau Europa, Histo Cup Austria, Astra OPC Cup, ADAC OPEL Adam Cup, DMV GTC - Grand Tourismo und Touring Car Cup, STT - Spezial Tourenwagen Trophy). Həmçinin iki əfsanədi alman sürmə trekinin – Xokkenxaymrinq və Nyurnburqrinq - sürtkü materialları üzrə texniki tərəfdaşıdır Xokkenxaymrinqdə məşhur və dünyada ən böy yağ kanistri quraşdırılıb ( hündürlüyü 43 metr və həcmi 190000 litr).

Bundan əlavə RAVENOL böyük sayda komandalarla əməkdaşlıq edir: Audi Motorsport EKS (ralli-kross çempionatında), AUDI Phoenix Racing и Mercedes AMG HTP в GT3 (dözümlülüyə 24-saatlıq sürmə), Prema Power Team Formel GP2 və Formel 3 çempionatlarında, Nissan MRS GT-R GT Masters-da, Audi Land-Motorsport R8 LMS, ByKolles Racing FIA WEC-da (World Endurance Championship) LMP1, Strakka Racing FIA WEC-da (World Endurance Championship) LMP2, van Amersfoort Racing Dallara F 312-Mercedes-da, Motopark Academy Dallara F 312-Volkswagen-da və F.4 Tatuus-da, Neuhauser-Racing F.4 Tatuus-da, Timo Scheider Racing F.4 Tatuus-da, Becker Motorsport Dallara Renault GP2-da və Dallara-Nissan 3.4 V6-da, Team SAN FIA ETCC-European Touring Car Cup-da, JBR Motorsport TCR Touring Car Championshi-da, KRS Motorsport Porsche, ETH Tuning на Peugeot 207 Sport-da və s.

Lakin RAVENOL nailiyyətləri ilə kifayətlənmir. Daimi mükəmməlləşərək biz sizin üçün ən keyfiyyətli sürtkü materialları istehsal edirik. Biz əminik ki, siz bizim çoxillik tərcübəmizi, innovativ tətbiqlərimizi və əsl alman keyfiyyətimizi layiqincə dəyərləndirəcəksiniz. Nə nəqliyyat vasitəsindən istifadə etməyinizə baxmayaraq – avtomobil, motosikl, qayıq, akvabayk, yük maşını , velosiped – biz sizə ən yaxşı məhsulları təqdim edəcik.

Əlaqə forması